Zaretska reytinqdə mövqeyini qorudu
Karate üzrə üçqat dünya çempionu İrina Zaretska dünya reytinqində liderliyini davam etdirir.
TodayPress xəbər verir ki, milli üzvünün hesabında 6645 xal var.
Zaretskanın Qahirədə keçirilən Premyer Liqa mərhələsində 1/4 finala yüksələ bilməməsinə baxmayaraq, turnir ona 150 xal qazandırıb.
Hazırda İrina mayın 30-da Mərakeşin Rabat şəhərində keçiriləcək analoji turnirə hazırlaşır.
Namiq HUN
tag: İrina Zaretska,Karate,Çempion,Yarış,Todaypress.az,