Zaretska liderliyini qorudu

İdman

11.04.2025 17:19

8

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska dünya reytinqində liderliyini qoruyub saxlayır.   

TodayPress xəbər verir ki, milli üzvü analıq məzuniyyəti ilə əlaqədar beynəlxalq arenalardan müvəqqəti uzaqlaşmasına baxmayaraq, siyahıda birincidir. 

68 kq çəki dərəcəsində mübarizə aparan Zaretskanın hesabında 6990 xalı var. 

Qeyd edək ki, İrinanın son yarışı 2023-cü ilin oktyabrında qələbə qazandığı dünya çempionatı olub.

O, hazırda aprelin 18-20-də Qahirədə keçiriləcək Premyer Liqa turnirinə hazırlaşır.   

Namiq HUN

tag: İrina Zaretska,Karate,Çempion,YArış,Todaypress.az,