Zaretska dünya reytinqinin lideridir
İdman
17.12.2024 09:28
Dünya Karate Federasiyası (WKF) idmançıların yeni reytinq cədvəlini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan idmançılarından İrina Zaretska dünya reytinqinin lideridir.
Təmsilçimiz 68 kq çəki dərəcəsində 1-ci pillədə qərarlaşıb. İrina isveçrəli və yaponiyalı həmkarlarını geridə qoyub.
Qeyd edək ki, 3 qat dünya çempionu olan Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb.
Namiq HUN
tag: Zaretska ,Olimpiya ,Həmkar, Karate ,todaypress.az,