Zaretska aktiv idmana qayıtdı
Karate üzrə Azərbaycan yığma komandasının üzvü İrina Zaretska yenidən tatamiyə qayıdır.
TodayPress xəbər verir ki, dünya çempionu analıq məzuniyyətindən sonra məşqləri bərpa edib.
O, Premyer Liqanın üçüncü mərhələsində mükafatlar uğrunda mübarizə aparacaq.
Zaretskanın adı aprelin 18-20-də Misirin paytaxtı Qahirədə keçiriləcək yarışın iştirakçıları siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində, İrina ilə yanaşı, Aminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) da yer alıblar.
Namiq HUN
tag: İrina Zaretska,Karate,Çempion,YArış,Todaypress.az,