Zambaqlar 4/1-də öz rəqibini gözləyir
İdman
02.07.2024 22:09
Almaniyada təşkil olunan futbol üzrə Avropa
çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa
çatıb.
TodayPress xəbər verir ki, Münhendəki
"Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı
qələbəsi ilə yekunlaşıb - 3:0.
Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və
90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son
nəticəsini təyin edib.
1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.
tag: AVRO-2024, Rumıniya, Niderland, Qodi Qakpo, todaypress.az,