“Zagreb Open”: Azərbaycanın daha 6 güləşçisi mübarizə apardı
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən “Zagreb Open” reytinq turnirində daha 6 güləşçimiz mübarizə aparıb.
TodayPress xəbər verir ki, qadın güləşində 59 kq-da iki təmsilçimiz xalçaya çıxıb.
Alyona Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar
(5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı
Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər
iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1,
Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri
həlledici görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən finalda daha
əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.
Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan
Xalmaxanova 5:14 hesabıyla uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov
belaruslu Qleb Makarankaya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də,
rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Ziya amerikalı Ellis Kolmanla
görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını
itirib – 3:5.
Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət
Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən
kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən
qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu
çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu
Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.
tag: Xorvatiya, Zagreb Open, İdman, Macarıstan, Azərbaycan,Güləşçi, todaypress.az,
