“Zadəganlar”ın kapitanı il ərzində 5-ci dəfə zədələndi

İdman

21.11.2024 17:56

“Çelsi” futbol klubunun kapitan Ris Ceyms yenidən sıradan çıxıb.

TodayPress xəbər verir ki, cinah müdafiəçisi noyabrın 23-də “Lester”lə keçiriləcək Premyer Liqanın XII tur matçında komandasına kömək edə bilməyəcək.

Ceyms son 1 ildə artıq 5-ci dəfədir zədələnir.

Qeyd edək ki, Ris Ceyms cari mövsüm “Çelsi”nin heyətində zədələr səbəbindən cəmi 4 rəsmi matçda meydana çıxıb.

Namiq HUN

tag: Çelsi, Ris Ceyms, Liqa, Zədə, todaypress.az,