“Yuventus”un ulduz futbolçu ilə danışıqları alınmır
İdman
19.11.2024 13:10
“Yuventus” klubu hücumçu Duşan Vlahoviçin müqaviləsinin uzadılması ilə bağlı çətin danışıqlara əsaslanaraq serbiyalının satışını nəzərdən keçirməyə hazırdır.
TodayPress “La Gazzetta delo Sport”a istinadən xəbər verir ki, müqavilənin uzadılması ilə bağlı danışıqlarda tərəflər hələlik heç bir razılığa gələ bilməyiblər.
Klub rəhbərliyi Vlahoviçin 2026-cı ildə azad agent olacağını nəzərə alaraq, futbolçunu endirimli qiymətlə bu qış satmağa hazırdır.
Qeyd edək ki, cari mövsüm Vlahoviç bütün yarışlarda 16 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Yuventus, Klub, Vlahoviç, Hücumçu, Müqavilə, todaypress.az,