"Yuventus"da yeni müqavilə
"Yuventus" futbolçusu Federiko Qatti ilə müqavilə müddətini uzadacaq.
TodayPress xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi ilə imzalanacaq yeni müqavilə 2030-cu ilə qədər olacaq. Onun maaşının isə mövsüm ərzində 2 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Federiko Qatti bu mövsüm "Yuventus"un heyətində 40 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
tag: "uventus,Qatti, Futbolçu, Fabrizio, Roano, todaypress.az,