“Yuventus” Yıldıza qiymət qoydu
“Yuventus” klubu ulduz futbolçusu Kenan Yıldızın transfer qiymətini açıqlayıb.
TodayPress “Corriere dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi türkiyəli futbolçu üçün 100 milyon avro tələb edir.
19 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Yuventus”la müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, Kenan Yıldız cari mövsüm meydana çıxdığı 33 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edir.
Namiq HUN
tag: Kenan Yıldız,İdman,Futbol,Yuventus,TodayPress.az,