“Yuventus” Yıldıza qiymət qoydu
“Liverpul” klubu “Yuventus”un futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.
TodayPress “TuttoJuve” nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar türkiyəli hücumçu üçün 80 milyon avro ödəməyə hazırdırlar.
“Qırmızılar” 19 yaşlı futbolçunu Məhəmməd Salahın əvəzi kimi görürlər.
“Yuventus” Yıldızın transferindən 100 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Kenan cari mövsüm “Yuventus”un heyətində meydana çıxdığı 40 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun “qoca sinyora” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Namiq HUN
tag: Yuventus,Kenan Yıldız,Liverpul,Qiymət,Todaypress.az,