"Yuventus" türkiyəli hücumçu ilə anlaşmanı uzatdı
İdman
17.08.2024 09:45
"Yuventus" klubu türkiyəli hücumçu Kenan Yıldızla yeni müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, tərəflər arasındakı razılaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
19 yaşlı futbolçu yeni mövsümdə 10 nömrəli formada çıxış edəcək.
Yıldızın “bianconeri” ilə əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, gənc forvard 2022-ci ildən Turin klubunda çıxış edir. O, 32 oyunda 4 qol və 1 ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Yuventus, Kenan Yıldız,Bianconeri,Klub, Hücumçu, todaypress.az,