"Yuventus" Superliqanı tərk etdi

İdman

02.06.2024 13:09

"Yuventus" futbol klubu Superliqa layihəsindən çıxdıqdan sonra Avropa Klublar Assosiasiyasına (ECA) qayıtmaq üçün müraciət edib.

TodayPress xəbər verir ki, iyunun 1-də UEFA-nın prezidenti Aleksandr Çeferin və bu qurumun baş katibi Mattias Qrafströmün iştirakı ilə Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasın əvvəlində ECA-nın sədri, eyni zamanda PSJ-nin prezidenti olan Nasser Al-Xelaifi tədbirdə iştirak edənlərə müraciət edib: “İclasa çox mühüm xəbərlə başlayıram - rəhbərlik və sahiblərlə bir neçə son görüşdən sonra mən "Yuventus"un yaxın gələcəkdə rəsmiləşdiriləcək ECA-ya yenidən qoşulmaq üçün müraciət göndərdiyini elan etməkdən məmnunam". 


Namiq HUN

tag: Yuventus, UEFA,Superliqa,İdman, Football, todaypress.az,