“Yuventus” Şkrinyarı heyətinə qatacaq

İdman

19.11.2024 18:40

PSJ-nin müdafiəçisi Milan Skrinyar klubunu dəyişə bilər.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı futbolçuya Fransa klubunda ciddi ehtiyac olmadığı üçün o, başqa komandaya keçə bilər. 

“Yuventus” arxa xətt oyunçusu ilə maraqlanır və onu icarəyə götürməyi düşünür. 

PSJ isə Skrinyarın tam transferində israrlıdır. Fransalılar mərkəz müdafiəçisini ona əvəzləyici tapana qədər buraxmaq istəmirlər.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsüm PSJ-də cəmi 4 oyuna çıxıb.

Namiq HUN

tag: PSJ, Fransa,Yuventus, Milan Skrinyar,todaypress.az,