“Yuventus” Silvanın transferində israrlıdır

İdman

28.12.2024 13:28

“Benfika” klubunun müdafiəçisi Antonio Silva karyerasını “Yuventus”da davam etdirmək istəyir.

TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, tanınmış agent Jorje Mendeş 21 yaşlı portuqaliyalı futbolçunun Turin sevdasından danışıb:

“Silva “Yuventus”a keçməkdə çox maraqlıdır, elə turinlilər də onu transfer etməkdə israrlıdırlar. Sön sözü “Benfika” deməlidir. Səbirli olmalısız, çünki belə şeylər beş dəqiqəyə həll edilə bilməz və transfer bazarı hələ bağlıdır. Silva axtarılan oyunçudur və digər klublar da onunla maraqlanır. “Benfika” qərar verməlidir”.

Namiq HUN

tag: Turnir, Transfer, Silva, Yuventus, todaypress.az,