“Yuventus” rüblük hesabatı gözləyir

İdman

23.03.2025 11:20

1777

Tiaqo Mottanın “Yuventus”dan qovulması maliyyə səbəblərinə görə təxirə salınıb.

TodayPress “TuttoMercato”ya istinadən xəbər verir ki, mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar verilib. 

Martın 29-da “Cenoa” ilə oyundan sonra rəsmi olaraq elan olunacaq.

Tiaqo ilə vida mərasiminin gecikməsinin səbəbi maliyyə ilə bağlıdır. Mottanın apreldən əvvəl qovulması (bu, kluba təxminən 15 milyon avroya başa gələcək) o deməkdir ki, onun varisinin xərcləri kimi, bu xərclər də cari maliyyə rübünə aid ediləcək.

Bu dövr likvidlik əmsalının minimum səviyyəsinə uyğunluğun iki illik yoxlamasından birinə təsadüf edir. Əgər işdən çıxarılma bu tarixdən sonra baş verərsə, müvafiq xərclər növbəti rüblük hesabata köçürüləcək və bu, “Yuventus” üçün daha sərfəli variantdır. (Aut.az)

Namiq HUN

tag: Tiaqo Motta,Yuventus,TuttoMercato,todaypress.az,