“Yuventus” Ronaldonun şikayətini geri çevirdi

İdman

28.09.2024 14:56

1375

“Yuventus” klubu sabiq futbolçusu Kriştiano Ronaldonun işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verib.

TodayPress xəbər verir ki, Ronaldo 2023-cü ildə Turin təmsilçisini koronavirus pandemiyası zamanı ödənilməmiş maaşlara görə məhkəməyə verib. 

Məhkəmə “Yuventus”un hücumçuya 9,8 milyon avronu, 9 faiz kompensasiya ilə ödəməsinə qərar verib.

“Qoca Sinyora” isə açıqlamasında Ronaldoya maaşının tam ödənildiyini bildirilib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. 

Namiq HUN

tag: Yuventus ,Ronaldo ,Pandemiya ,Məhkəmə, Qoca Sinyora, todaypress.az,