“Yuventus” Poqba ilə yollarını ayırır
İdman
28.09.2024 12:20
İtaliyanın “Yuventus” klubu dopinqə görə diskvalifikasiya olunan yarımmüdafiəçi Pol Poqbanın gələcəyi ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı yarımmüdafiəçisi ilə müqaviləsini ləğv edəcək.
Bu barədə “Tuttomercato” məlumat yayıb.
Futbolçunun diskvalifikasiyasının ləğv edilməsi ehtimalı azdır. Poqbanın klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, fransalı yarımmüdafiəçi ötən ilin avqustunda dopinq testindən keçib. Fevralda antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib.
Namiq HUN
tag: İtaliya, Yuventus, Poqba, Dopinq Testi,Məhkəmə ,todaypress.az,