“Yuventus” Poqba ilə vidalaşdı

İdman

16.11.2024 09:44

“Yuventus” klubu fransalı yarımmüdafiəçisi Pol Poqba ilə rəsmən yollarını ayırıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, antidopinq qaydalarını pozan Pol Poqba 4 il müddətinə diskvalifikasiya edilib. Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, “Yuventus” futbolçunun xidmətində maraqlı olmayıb. 

Poqba Turin təmsilçisinin heyətində meydan çıxdığı 190 oyunda 34 qol vurub.

Namiq HUN

tag: Yuventus, Poqba,Diskvalifikasiya, Cəza, todaypress.az,