“Yuventus” Mançinini hədəf seçdi
“Yuventus” klubunun yeni baş məşqçisi Roberto Mançini ola bilər.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis Turin təmsilçisini çalışdırmağa əsas namizəddir.
Klub rəhbərliyi baş məşqçi Tiaqo Mottanın işindən razı deyil.
“Qoca sinyora” hazırda A Seriyasında 28 turdan sonra 52 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Roberto Mançini son olaraq Səudiyyə Ərəbistanı yığma komandasının baş məşqçisi olub. 60 yaşlı mütəxəssis ötən ilin oktyabr ayında postundan ayrılıb.
Namiq HUN
tag: Roberto Mançini,Yuventus,Klub,Liqa,Todaypress.az,