“Yuventus” kubokdan əlini çəkdi
Futbol üzrə İtaliya kubokunda sonuncu yarımfinalçı məlum olub.
TodayPress xəbər verir ki, güclü dördlüyə aparan yolda “Yuventus” Turində “Empoli” ilə qarışılaşıb.
Skudettoya iddia edən “qoca sinyora” A Seriyasının autsayderi ilə bacarmayıb. 90 dəqiqə ərzində komandalar hərəyə 1 dəfə fərqləniblər. Yekunda cütün qalibinin adına penalti seriyasında aydınlıq gəlib. Lotoreyanı daha dəqiq olan "Empoli" qazanıb. Kubokun son qalibi “Yuventus” isə turnirdə mübarizəni erkən dayandırıb.
“Empoli” finala gedən yolda “Bolonya” ilə münasibətlərinə aydınlıq gətirəcək. Yarımfinalın digər cütündə isə “Milan” “İnter”lə qarşılaşacaq.
Namiq HUN
tag: Futbol ,İtaliya,Yuventus,Empoli,Skudetto,todaypress.az,