"Yuventus" Kompeynerslə müqavilə imzaladı
İdman
29.08.2024 10:30
"Yuventus" futbol klubu növbəti transferini həyata keçirib.
TodayPress xəbər verir ki, Turin təmsilçisi "Atalanta"dan Teun Kompeynersi heyətinə qatıb.
“Qoca sinyora” niderlandlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Bu keçid "Yuventus"a 51.3 milyon avroya başa gəlib.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 matçda iştirak edib. O, bu görüşlərdə 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Yuventus, Niderland, Turin, Atalanta, Qoca Sinyora, todaypress.az,