"Yuventus" İngiltərə klubunun futbolçusunu icarəyə götürdü
İdman
04.02.2025 12:04
İtaliyanın "Yuventus" klubu İngiltərə təmsilçisi "Nyukasl"dan Lloyd Kellini icarəyə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. "Yuventus" futbolçunu məcburi satınalma şərti ilə icarəyə götürüb.
"Transfermarkt"in məlumatına görə, icarə haqqı 3,8 milyon avro təşkil edib. Satınalma qiyməti isə 17,2 milyon avro olacaq.
Qeyd edək ki, L.Kelli "Nyukasl"ın heyətində cari mövsüm meydana çıxdığı 14 oyunda bir məhsuldar ötürmə müəllifi olub.
tag: İtaliya,Yuventus,Nyukasl,Lloyd Kelli,Turin,todaypress.az,