“Yuventus” faktı təsdiqlədi – Alleqri ilə müqaviləyə xitam verildi
İdman
04.06.2024 10:43
"Yuventus" Alleqrinin qovulmasından yarım ay sonra onunla müqaviləyə xitam verib.
TodayPress xəbər verir ki, Turin klubu keçmiş baş məşqçisi Massimiliano Alleqri ilə müqaviləni pozmağa razılaşıb. Mayın 17-də “Yuventus” italiyalı mütəxəssisin qovulduğunu elan edib.
“Yuventus Futbol Klubu və Massimiliano Alleqri təsdiq edə bilər ki, tərəflər mövsümün sonunda müqaviləni ləğv etmək barədə qarşılıqlı razılığa gəliblər. Klub Alleqriyə bu illər ərzində əldə etdiyi bütün idman nailiyyətlərinə görə təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayır” deyə bəyanatda qeyd olunub.
Daha əvvəl Alleqri Turin klubunu ona müqavilə maaşının 9 milyon avro məbləğində qalan hissəsini ödəməkdən imtina etdiyinə görə məhkəməyə vermək niyyətində idi.
56 yaşlı Massimiliano Alleqri 2021-ci ilin mayında ikinci dəfə Turin klubunun baş məşqçisi vəzifəsini icra edib. Bu müddətdə “Yuventus” onun rəhbərliyi altında bütün turnirlərdə 149 oyun keçirib. Komanda bu oyunların 80-də qalib gəlib, 34 dəfə heç-heçə edib, 35-də isə məğlub olub.
Namiq HUN
tag: Dünya, Yuventus, Futbol klubu, Massimiliano Alleqri, todaypress.az,