“Yuventus” əsas heyət üzvünü itirdi

İdman

18.07.2024 18:10

2290

"Yuventus" klubu fransalı yarımmüdafiəçi Adrien Rabyo ilə yollarını ayırıb.

TodayPress xəbər verir ki, Turin təmsilçisi futbolçu ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

2019-cu ildən “qoca sinyora”nın formasını geyinən Rabyo “Yuventus”la bir dəfə İtaliya çempionu, iki dəfə isə  ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm “Yuventus”un heyətində 31 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Yuventus, Qoca Sinyora, Rabyo, Üzv, todaypress.az,