"Yuventus" 21-ci əsrin antirekorduna imza atıb

İdman

15.12.2024 12:00

2424

İtaliyanın "Yuventus" klubu 21-ci əsrin antirekorduna imza atıb.

TodayPress "Opta Sport"a istinadən xəbər verir ki, bu 16-cı turda "Venesiya" ilə görüşdən (2:2) sonra reallaşıb.

Turin təmsilçisi A Seriyasının geridə qalan 16 turunda cəmi 6 qələbə qazanıb, qalan 10 görüşü heç-heçə ilə başa vurub. Komanda16 matçdan sonra bu qədər qələbəni yalnız 1998/1999 mövsümündə qazanıb.

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində altıncı yerdədir. 16 oyunda 28 xal toplayan Turin klubu bu mövsüm A Seriyasında məğlubiyyəti olmayan yeganə komandadır.

tag: İtaliya,Yuventus,XXI ,Antirekord,Komanda,todaypress.az,