Yusuf Yazıcı “Qarabağ”la oyunu buraxacaq

İdman

28.10.2024 13:00

Yunanıstanın "Olimpiakos" klubuna itki üz verib. 

TodayPress xəbər verir ki, Pirey təmsilçisinin türkiyəli hücumameylli yarımmüdafiəçisi Yusuf Yazıcı “Asteras”la matçı zədə səbəbindən başa vura bilməyib.

Futbolçunun çarpaz bağlarının qopduğu bildirilib. Türkiyə millisinin üzvü zədə səbəbindən mövsümü başa vurub.

Yusuf Yazıcı cari mövsüm “Olimpiakos” klubuna keçib.   

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq. 

Namiq HUN

tag: Yunanıstan, Olimpiakos, Ateras, UEFA,Türkiyə, todaypress.az,