Yusuf Dikeç müsahibə üçün şok məbləğ tələb etdi
Paris 2024 Olimpiya Oyunlarında Türkiyəyə 10 metr hava tapançası qarışıq komanda yarışında gümüş medal qazandıran Yusuf Dikeç haqqında ortaya atılan iddia gündəmi qarışdırıb.
TodayPress xəbər verir ki, atış zamanı nümayiş etdirdiyi duruşu və sakit davranışları ilə diqqət çəkən Yusuf Dikeçin vəkilinin Fransanın “L'Equipe” qəzetindən müsahibə üçün 1 milyon lirə tələb etdiyi iddia edilib.
Bundan əlavə, razılaşma baş tutduğu halda, 30 dəqiqəlik müsahibədən əvvəl ödənişin tam olaraq həyata keçirilməli olduğu da qeyd olunub.
tag: Türkiyə ,Paris, Şok, Yusuf Dikeç, todaypress.az,