Yuriçin “Roma” missiyası başa çatdı
İdman
31.10.2024 16:20
“Roma” futbol klubunun xorvatiyalı baş məşqçisi İvan Yuriç İtaliya çempionatının X turunda keçiriləcək “Torino” ilə matçdan sonra qovula bilər.
TodayPress insayder Nikolo Şiraya istinadən xəbər verir ki, mütəxəssisə ötən turda “Fiorentina”ya biabırçı məğlubiyyətdən (1:5) sonra son şans verilib.
“Roma” rəhbərliyinin bir ay əvvəl işdən çıxardığı baş məşqçi Daniele De Rossini postuna qaytarmaq imkanını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, vəziyyətdən asılı olmayaraq “Torino” ilə oyun İvan Yuriç üçün onun klubdakı gələcəyinə təsir etmədən yalnız formal xarakter daşıyacaq.
Namiq HUN
tag: Roma, Torino, İtaliya, İvan Yuriç, Rossini, todaypress.az,