Yuriç rəsmən “Roma”da

İdman

19.09.2024 10:09

İvan Yuriç “Roma” klubunun yeni baş məşqçisi təyin olunub.

TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin “canavarlar”la müqaviləsi 2025-ci ilin iyununa qədər davam edəcək. O, bu postda istefaya göndərilən Daniele De Rossini əvəz edib.

“Roma” Çempionlar Liqasına qatılacağı təqdirdə 49 yaşlı məşqçi ilə müqavilənin müddətinin dərhal uzadılması da mümkündür.

Qeyd edək ki, ötən mövsüm “Torino”dan ayrılan İvan Yuriç “Verona”, “Cenoa”, “Krotone” və digər komandalarda da işləyib.   

Namiq HUN

tag: İvan Yuriç, Xorvatiya ,Canavarlar, Roma , Daniele De Rossi ,todaypress.az,