Yuriç Premyer Liqa klubunda
İngiltərənin “Sauthempton” futbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress xəbər verir ki, Premyer Liqa təmsilçisini İvan Yuriç çalışdıracaq.
Xorvatiyalı mütəxəssis baş məşqçi postunda istefaya göndərilən Rassell Martini əvəzləyəcək.
Qeyd edək ki, İvan Yuriç daha əvvəl məşqçilik karyerasında İtaliyanın “Cenoa”, “Verona”, “Torino” və “Roma” klublarında işləyib.
Namiq HUN
tag: Premyer ,Liqa ,Post, Məşq,todaypress.az,