Yurgen Klopp kimi favorit görür?
İdman
03.07.2024 12:40
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatı həlledici mərhələyə qədəm qoyub. Turnirin hər ötən günündən sonra favoritləri incələnir.
TodayPress xəbər verir ki, "Liverpul" və "Borussiya Dortmund" klublarının sabiq baş məşqçisi Yurgen Klopp İspaniya millisinə rəğbət bəslədiyini deyib.
“Hazırda belə görünür ki, İspaniya Avronu qazana bilər. Almaniya da yaxşıdır. Fransa daha güclü olacaq. İngiltərənin də şansı var” Yurgen Klopp bildirib.
Qeyd edək ki, Opta superkompüteri Avro-2024-də qələbəyə əsas namizəd Almaniya millisini (20%) sayır. İlk üçlüyü İspaniya (19,2%) və İngiltərə (17,5%) təşkil edir. Fransa millisi 15,2% göstərici ilə dördüncüdür. Türkiyə millisinin Avropa Çempionatını qazanmaq şansı 3,1%-dir.
Namiq HUN
tag: Almaniya, Liverpul,Borussiya Dortmund, İspaniya, Fransa,Yurgen Klopp, todaypress.az,