Yurgen Klopp futboldan getdi

İdman

01.08.2024 10:15

Almaniyalı tanınmış futbol mütəxəssisi Yurgen Klopp karyerasını başa vurub.

TodayPress xəbər verir ki, məşqçi qərarını sosial şəbəkə hesabı vasitəsi ilə açıqlayıb.

Klopp bunun ani deyil, düşünülmüş addım olduğunu bildirib. O, dünyanın ən yaxşı klublarına başçılıq etdiyini vurğulayıb.

Qeyd edək ki, Yurgen Klopp son olaraq İngiltərənin “Liverpul” klubunun baş məşqçisi olub. O, məşqçilik karyerasında Almaniyanın “Maynts” və “Borussiya Dortmund” klublarını da çalışdırıb.

Namiq HUN

tag: Yurgen Klopp, Liverpul, Almaniya, Borussiya Dortmund, İngiltərə, todaypress.az,