Yunanov Albaniya klubundan FIFA-ya müraciət etdi

İdman

09.12.2024 16:30

Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov Albaniyanın “Bilis” klubundan ayrılıb.

TodayPress xəbər verir ki, hücumçu müqaviləyə birtərəfli şəkildə xitam verib. 

Yunanov Superliqa təmsilçisinin ona olan borcuna görə FIFA-ya müraciət edib. Məsələ 2025-ci ilin fevral-mart aylarında həllini tapacaq.

Xatırladaq ki, Amil Yunanov bu ilin sentyabr ayında Albaniyanın “Bilis” klubuna keçib. O, bir müddət öncə klub rəhbərliyinin müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyi üçün komandanı tərk etmək qərarına gəlmişdi. Lakin “Bilis” sonradan hücumçunu düşərgəyə qaytarmışdı.

Namiq HUN

tag: Sabiq ,Futbolçu ,Bilis, Klub ,todaypress.az,