Yunanıstan futbolunda bir ilk yaşanacaq

İdman

23.04.2025 16:05

8

Yunanıstan Superliqası matçını tarixdə ilk dəfə olaraq türkiyəli hakim idarə edəcək.   

TodayPress xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.   

Bildirilib ki, FIFA referisi Halil Umut Meler aprelin 27-də keçiriləcək Superliqanın final mərhələsinin AEK – “Olimpiakos” matçınının baş hakimi olacaq. 

Qeyd edək ki, Yunanıstan Superliqasına azərbaycanlı FIFA referisi Əliyar Ağayev tez-tez təyinat alır.   

Namiq HUN

tag: Yunanıstan,Futbol,Türk hakim,Oyun,Todaypress.az,