Yunan-Roma millisi “qızıl”a həsrət qaldı

İdman

04.07.2024 10:23

Serbiyada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, turnirdə yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Son yarış günü  İsmayıl Rzayev (82 kq) finalda böyüklər arasında Avropa çempionu olmuş türkiyəli Alperen Berberə uduzaraq gümüş medalla kifayətlənib.

Tural Əhmədov (60 kq) ukraynalı Boqdan Xrişinə qalib gələrək Avropa üçüncüsü olub.

Ruslan Nurullayev (72 kq) isə yunanıstanlı Arionas Kolitsopulosu üstələyərək turnirin bürünc medalını boynundan asıb.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) Avropa çempionatının bürünc medalını qazanıb. 

Namiq HUN

tag: Serbiya, Avropa, İsmayıl Rzayev, Tural Əhmədov, Ruslan Nurullayev, Məhəmməd Şükürzadə, todaypress.az,