Yunan-Roma millisi mundialda 3 qızıl medal qazanan ilk komanda oldu
İdman
30.10.2024 09:34
Albaniyada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yığma komandamız tarixi nəticəyə imza atıb.
TodayPress xəbər verir ki, Tiranada 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Mundialın baş mükafatını millimizə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qazandırıb.
Dünya çempionu titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura nail olub.
Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb. Millimiz bu uğurla Azərbaycan güləşində rekord müəyyən edib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma yığması, həm də bir mundialda 3 qızıl medal qazanan ilk komanda olub.
Namiq HUN
tag: Yunan, Roma, Eldəniz Əzizli, Nihat Məmmədli, todaypress.az,