Yunan-Roma millisi 3-cü dəfə Avropanın ən güclü komandası oldu

İdman

26.06.2024 23:24

Serbiyada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Novi Sad turnirinin finalında erməni Yurik Mxitaryanı ilk hissədə xalçadan məyus yola salıb 8:0.

Ayxan Cavadov (60 kq) da baş mükafata yiyələnib. Həmyerlimiz ermənistanlı Aleks Marqaryanla final görüşündə əsl əzmkarlıq nümayiş etdirərək Serbiyada himnimizi səsləndirib.

Səid Paşayev (92 kq) də yarışı major notda bitirməyimizə səbəb olub. Güləşçimiz həlledici görüşdə serbiyalı Stevan Kojiçə ilk hissədə (8:0) vaxtından əvvəl qalib gələrək baş mükafata yiyələnib.

Yusif Əhmədlinin (71 kq) qitə çempionatından qazancı gümüş, Nicat İsgəndərlinin (45 kq) isə bürünc medal olub.

Nəticədə Novi Sadda komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb.

Yunan-Roma güləşi üzrə U-17 yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.

Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

 Namiq HUN

tag: Güləş, Azərbaycan, Milli komanda, Rekord, todaypress.az,