Yunan-Roma güləşi millisi də Avropa çempionu oldu
Yunan-Roma güləşçilərimiz Slovakiyada keçirilən Avropa çempionatını major notda bitiriblər.
TodayPress xəbər verir ki, Bratislava turnirində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü adını qazanıb.
Yunan-Roma güləşi üzrə milli komandamız artıq ikinci dəfədir Avropa çempionu tituluna sahib çıxır.
Qeyd edək ki, milli üzvlərindən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qitə çempionatının qızıl medalını qazanıblar. Eldəniz Əzizli (55 kq) turnirin gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medalı ilə kifayətləniblər.
Namiq HUN
tag: Azərbaycan,Yunan ,Roma,Güləş,Todaypress.az,