Yunan-Roma güləşçisi üçüncü oldu
İdman
04.09.2024 23:37
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında yunan-Roma növü üzrə yarışalara yekun vurulub.
TodayPress xəbər verir ki, son yarış günü Ruslan Nurullayev (72 kq) 3-cü yer uğrunda çinli Venhao Hu ilə mübarizə aparıb. Fasiləyə həmyerlimiz minimal fərqlə (6:5) öndə yollanıb. İkinci hissədə hesab dəyişməyib və Ruslan dünya üçüncüsü olub.
Beləliklə, millimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl Cocu Səmədov (87 kq) dünya ikincisi olub.
Namiq HUN
tag: Cocu Səmədov,İspaniya,U-20, Ruslan Nurullayev,