Yunan-Roma güləşçisi gümüş medal qazandı

İdman

04.09.2024 09:07

İspaniyada güləş üzrə U-20 dünya çempionatı keçirilir. 

TodayPress xəbər verir ki, yunan-Roma güləşçiləri arasında Pontevedra turnirinin ilk mükafatçılar bəlli olub. 

Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) çempionluq döyüşünə çıxıb. Final görüşü Qırğızıstan güləşçisi Asan Janişovun 8:0 hesablı qələbəsi ilə başa çatıb. Səmədov mundialı gümüş medalla başa vurub.

Rahim Həsənov (5️5 kq) isə bürünc medal uğrunda Alibek Amirova (AİN) 0:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığma komandası mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatı sentyabrın 8-də başa çatacaq.

Namiq HUN

tag: Roma, Güləşçi, Çempion, Azərbaycan, Medal, Alibek Amirova, Rahim Həsənov, todaypress.az,