Yunan-Roma güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın
yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən
U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
tag: Azərbaycan, Roma, Güləş, Qızıl Medal, Albaniya, Tiranda, todaypress.az,