Yunan-Roma güləşçilərinin Kazan uğuru
İdman
20.06.2024 20:55
Rusiyanın Kazan şəhərində keçirilən “BRICS” Oyunlarında güləş yarışlarına yekun vurulub.
TodayPress xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.
Arif Niftullayev (97 kq) beynəlxalq multi-idman oyunların qalibi olub. Ziya Babaşovla (63 kq) Təvəkgül Həziyev (67 kq) gümüş medalla kifayətləniblər. Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala layiq görülüb.
Yunan-Roma güləşi üzrə yığma komandamız ümumi hesabda 151 xalla 3-cü yeri tutub.
Namiq HUN
tag: Kazan şəhəri, Rusiya, BRICS, Güləş, todaypress.az,