Yunan-Roma güləşçilərindən uğurlu start
İdman
25.06.2024 22:24
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, yunan-Roma güləşçilərinin turnirində ilk medalçılar müəyyənləşib.
Əmrah Əmrahov (48 kq) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.
Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov (110 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Namiq HUN
tag: Serbiya, U-17 Avropa Çempionatı, Yunan-Roma güləşi, Əmrah Əmrahov, todaypress.az,