Yunan-Roma güləşçiləri Gimnaziadanı 9 medalla bitirdilər

İdman

07.04.2025 18:12

17

Gimnaziada İdman Oyunları çərçivəsində Serbiyanın Luçani şəhərində yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb.   

TodayPress xəbər verir ki, millimizin 10 üzvündən 9-u fəxri kürsüyə yüksəlib. 

Komandamızın heyətində Hüseyn Əmrahlı (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov Gimnaziadada qızıl medal qazanıblar. 

Yalnız həlledici görüşdə uduzan Əli Cavadlı (41 kq) və Amin Məmmədov (44 kq) tyurnirin gümüş medalları ilə kifayətləniblər. 

Abdurahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədovun (68 kq) multu-idman oyunlarından qazancı bürünc medal olub.   

Namiq HUN

tag: Azərbaycan,Güləş,Medal,Qızıl,Gümüş,Todaypress.az,