Yunan-Roma güləşçiləri Gimnaziadanı 9 medalla başa vurdu
İdman
30.10.2024 17:35
Azərbaycanın yunan-Roma güləşçiləri Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarını 9 medalla başa vurub.
TodayPress xəbər verir ki, yığmanın heyətində Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız finalda məğlub olan Şahid Nəbiyev (48 kq), Nihat Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş, Turan Daşdəmirov (55 kq), Nihat Tağıyev (60 kq) və Emil Abasov (80 kq) isə bürünc medala layiq görülüblər.
Namiq HUN
tag: Azərbaycan, Yunan, Roma,Mikayıl İsmayılov,Şahid Nəbiyev , todaypress.az,