Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəldi

İdman

17.04.2025 23:40

7

Qadın voleybolçuların Yüksək Liqasında finalçılar bəlli olub.

TodayPress xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal oyunları çərçivəsində “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə, “Abşeron” isə “Gəncə” ilə qarşılaşıb. Günün ilk oyununda “Azerreyl” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu matçda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “dəmiryolçular” eyni hesabla qalib gəldiyindən ümumi nəticə bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Ardınca meydana “Gəncə” və “Abşeron” çıxıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə”, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.

tag: Qadın,Voleybol, Yüksək Liqa,Milli Aviasiya Akademiyası, ABşeron, Gəncə, todaypress.az,