Yolkiç NBA-da rekord qırdı
İdman
17.01.2025 09:57
Nikola Yokiç Milli Basketbol Liqasında (NBA) tarixi nəticəyə imza atıb.
TodayPress xəbər verir ki, serbiyalı 15 min xal, 7,5 min ribaund və 5 min ötürmə həddinə ən tez çatan basketbolçu olub.
Yokiç rekordu yeniləmək üçün NBA çempionatında 709 matç keçirib.
Ona qədər Larri Börd 799 oyunda ən yüksək statistikaya yiyələnmişdı.
Qeyd edək ki, Nikola Yokiç cari mövsümdə meydana çıxdığı 34 oyunda orta hesabla 30,6 xal toplayıb, 13,2 ribaund və 9,9 ötürmə edib.
Namiq HUN
tag: Yokiç, Serbiya, NBA, Çempionat, todaypress.az,