Yoahim Löv İngiltərə millisini çalışdırmaq istəyir
İdman
18.07.2024 14:34
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv İngiltərə millisi ilə işləməkdə maraqlıdır.
TodayPress “The Sun”a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası hazırda yeni baş məşqçi axtarışındadır. Almaniya yığma komandasının sabiq baş məşqçisi vakansiya haqqında danışmaq istədiyini bildirib.
Yoahim Lövün rəhbərliyi altında Almaniya millisi 2014-cü il Dünya Kubokunun qalibi olub. Mütəxəssis 15 il Almaniya komandasına rəhbərlik edib.
Qeyd edək ki, Avropa çempionatının finalında İspaniya millisinə məğlubiyyətdən (1:2) sonra Qaret Sautqeyt İngiltərənin baş məşqçi postunu tərk edib.
Namiq HUN
tag: Avropa, Almaniya, Yoahim Löv, İspaniya, todaypress.az,