Yıldız “Golden Boy Web” mükafatını qazandı
İdman
28.11.2024 09:58
Türkiyəli futbolçu İtaliyada “Golden Boy Web” mükafatına layiq görülüb.
TodayPress xəbər verir ki, Türkiyə millisinin və “Yuventus” klubunun futbolçusu Kənan Yıldız mükafatı qazanıb.
İtaliyanın “Tuttosport” idman qəzeti 19 yaşlı futbolçunu azarkeşlərin səsverməsi ilə bu mükafata layiq görüb.
Qeyd cedək ki, “Tuttosport” 2003-cü ildən mövsümün ən yaxşı 21 yaşadək futbolçusuna “Golden Boy” mükafatını təqdim edir.
Cari ildə həmin mükafata İspaniya millisinin və “Barselona” klubunun 17 yaşlı futbolçusu Lamin Yamal layiq görülüb.
Namiq HUN
tag: Türkiyə, Tuttosport, Golden Boy, Mükafat, Barselona, todaypress.az,